Hadisə
Beyləqandakı qətlin yeni detalları üzə çıxdı - Fuadın atasını...

Ötən gecə saat 22 radələrində Beyləqan rayonu Tatalılar kəndində bir ailədən 4 nəfərin - ata, ana və 2 oğulun ov tüfəngi ilə öldürülməsi hadisəsinin yeni təfərrüatı üzə çıxıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, insidenti törədən 27 yaşlı Fuad Cəlilzadənin atası 2009-cu ildə həbs edilibmiş. Belə ki, həmin vaxt Fuadın atası münaqişə zəminində qonşuluqda yaşayan 1966-cı il təvəllüdlü Nadir Quliyevə yaba ilə ağır xəsarət yetirib. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası verib. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi dava-dalaşlar baş verib.
Xatırladaq ki, ötən gecə F.Cəlilzadə qonşusu 1971-ci il təvəllüdlü Tərgül Quliyeva, həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyev və oğulları: 1996-cı il təvəllüdlü Amin Quluzadə və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.
Qeyd edək ki, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.

-
ABŞ03:43
Məşhur reperin konsertində ATIŞMA: ölən və yaralananvar var
-
Art02:12
"Titanik"dən sonra tarixin ən çox qazandıran FİLMİ
-
Region01:11
İranda on minlərlə məhbus əfv edildi
-
Magazin100:45
Azərbaycanın məşhur cütlüyü evlənir
-
Qoroskop00:15
Günün ULDUZ FALI: məkrli planın qurbanı ola bilərsiniz
-
Art5 Fevral 23:31
Zeynəb Dostəliyeva VƏFAT ETDİ
-
Art5 Fevral 22:20
Xalq rəssamı Fərhad Xəlilovun oğlu VƏFAT ETDİ
-
Kriminal5 Fevral 22:13
Şəmkirdə toy QANA BOYANDI