Hadisə
Bakıda anadan olmuş rusiyalı yazıçı öldü

Bakıda anadan olmuş rusiyalı yazıçı İlya Ştemler 90 yaşında Sankt-Peterburqda vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə yazıçının ailəvi dostu, şairə Tatyana Semenova məlumat verib.
“O, koronavirusdan müalicə olunduğu xəstəxanada vəfat edib. Bir həftə reanimasiyada qalıb. Onun 90 illik yubileyinə cəmi bir ay qalmışdı”, - şairə bildirib.
Qeyd edək ki, İ. Ştemler 1933-cü ildə Bakıda, Bakı Rus Dram Teatrının ədəbiyyat şöbəsinin müdiri Pyotr Ştemlerin ailəsində dünyaya göz açıb. Texniki təhsil alıb. “Taksi parkı”, “Univermaq”, “Arxiv”, “Qatar” onun məşhur əsərlərindəndir.
Müəllifin “Taksi parkı” əsərinin əsasında “Ödəniş” adlı film də çəkilib.
O, “Cənnətdə tənha” romanına görə Qoqol ədəbi mükafatına layiq görülüb.

-
Kriminal20:12
"Nərmin işində" ifadə verməli olan ekspertlərdən GÖZLƏNİLMƏZ ADDIM
-
Sosial19:55
Azərbaycanda deputat orta məktəbə direktor təyin olundu
-
Kriminal19:24
Məhkəmə MTN generalı ilə bağlı yeni QƏRAR VERDİ
-
Nida Xəbər 19:03
İsrailin müdafiə naziri Bakıya etdiyi zəngdən danışdı: - "Bu gün səhər mən..."
-
Nida Xəbər 18:54
Mehman Əhmədli biznesmenin itinə meyxana deyib? - "Bir nəfər yaxınlaşdı ki..."/Video
-
Nida Xəbər 18:27
Daha bir Avropa ölkəsinin prezidenti Kiyevə gəldi
-
Sosial17:55
Bunu edənlərə 3 ilədək həbs cəzası veriləcək - YENİ MADDƏ
-
Sosial17:38
Sabahdan hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ