Hadisə
Şamaxı yolunda maşınlar belə sürüşdü - VİDEO

Şamaxıda güclü qar avtomobillərin hərəkətini çətinləşdirib, yolda qəza baş verib.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, yollar buz bağlayıb, avtomobillər idarəetməni itiriblər. Problem əsasən Əngəxəran, Məlhəm və Çuxuryurd kəndlərinə gedən yollarda yaşanıb. Həmin maşınlardan biri yol kənarına aşıb. Toyota Prado markalı avtomobilin sürcüsü digər sakinlərin köməyi ilə maşından çıxarılıb.
xxx
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar polis əməkdaşları tərəfindən də yollarda nəzarət tədbirləri gücləndirilib:
"Qeyd olunan ərazidə gün ərzində ciddi, yəni xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmasa da, avtomobillərin hərəkətində çətinlik yaranıb. Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən həmin ərazinin qar və buzdan təmizlənməsi istiqamətində tədbirlər görülür. Bir daha hərəkət iştirakçılarına, xüsusilə də sürücülərə tövsiyə olunur ki, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması məqsədilə zəruri ehtiyat tədbirləri görsünlər, eləcə də sürət həddini hava şəraitinə uyğun seçsinlər".

-
Kriminal20:12
"Nərmin işində" ifadə verməli olan ekspertlərdən GÖZLƏNİLMƏZ ADDIM
-
Sosial19:55
Azərbaycanda deputat orta məktəbə direktor təyin olundu
-
Kriminal19:24
Məhkəmə MTN generalı ilə bağlı yeni QƏRAR VERDİ
-
Nida Xəbər 19:03
İsrailin müdafiə naziri Bakıya etdiyi zəngdən danışdı: - "Bu gün səhər mən..."
-
Nida Xəbər 18:54
Mehman Əhmədli biznesmenin itinə meyxana deyib? - "Bir nəfər yaxınlaşdı ki..."/Video
-
Nida Xəbər 18:27
Daha bir Avropa ölkəsinin prezidenti Kiyevə gəldi
-
Sosial17:55
Bunu edənlərə 3 ilədək həbs cəzası veriləcək - YENİ MADDƏ
-
Sosial17:38
Sabahdan hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ