Kəlbəcərdə 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşdü, biri ŞƏHİD OLDU - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Kəlbəcərdə 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşdü, biri ŞƏHİD OLDU - YENİLƏNDİ

Kəlbəcər rayonunda 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb, onlardan biri şəhid olub

Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Müdafiə Nazirliyinin yaydığı birgə məlumatda bildirilib.

Belə ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

20:00

Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində mina partlayışı zamanı xəsarət alanların sayı 6-ya çatıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, hadisə zamanı daha iki nəfərin xəsarət alması müəyyən edilib.

Onlardan biri dünyasını dəyişib.

xxx

Xəbər verdiyimiz kimi, bu gün Kəlbəcərdə mina partlayışı baş verib.

Publika.az xəbər verir ki, Kəlbəcərdə mina partlayışı zamanı 4 mülki şəxsdən əlavə 2 nəfər hərbçi də minaya düşüb.

Onlardan biri şəhid olub.

xxx

19:05

Kəlbəcər rayonunda 4 nəfər minaya düşüb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

"Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər", - DİN-in məlumatında bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm