Hadisə
"Qoç ət"in sexində 40 yaşlı qadının DƏHŞƏTLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI
Qaradağ rayonundakı "Qoç ət" KFT MMC-yə məxsus kəsim sexində bədbəxt hadisə baş verib.
Publika.az xəbər verir ki, təmizlik işləri aparılan zaman ətqarışdırıcı qurğu qəfil işə düşüb. Hadisə dekabrın 28-də günorta saatlarında qeydə alınıb.
Məlumata görə, 40 yaşlı Rəqsanə Pirməmmədova 1 ay bundan əvvəl kəsim sexində təmizləyici kimi işə başlayıb. O, ehtiyatsızlıqdan əlini ətqarışdıran aparatın başlama düyməsinə basıb. Bu zaman aparat işə düşüb. O, aldğı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Bildirilib ki, hadisə baş verən zaman mərhumun yanında heç kim olmayıb. Qışqırtı səsinə işçilər gəlsə də gec olub.
Rəqsanə Pirməmmədovanın Ağsu rayonundan gələrək Lökbatanda kirayə qaldğını deyilir. Ekspertizadan sonra onun meyiti dəfn olunmaq üçün rayona aparılıb. Mərhumun iki övladı qalıb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məclləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)











.jpg)
















.jpg)

.jpg)