Bakıda sərnişin avtobusu qəzaya uğradı: xəsarət alan var
Bizi izləyin

Hadisə

Bakıda sərnişin avtobusu qəzaya uğradı: xəsarət alan var

Bakının Nəsimi rayonunda 5 saylı sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var.

Publika.az xəbər verir ki, avtobus hərəkətdə olarkən digər avtomobillə toqquşub. Hadisə zamanı sərnişin, 1988-ci il təvəllüdlü Dadaşov Rəşad Ədalət oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm