Hadisə
Göygöldəki yanğın qəsdən törədilib - Nazirlik

Göygöl rayonunda yerləşən mebel mağazasındakı yanğın qəsdlə törədilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gecə rayonu ərazisində yerləşən "Arzu" mebel mağazasında baş vermiş yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus mağaza 2000 m² sahədə yanıb, bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılmış operativ araşdırma nəticəsində, ilkin ehtimala görə, yanğının qəsdən törədildiyi müəyyən edilib.
Araşdırmalar davam etdirilir.

-
Avropa15:08
Makron bu tarixdə xalqa müraciət edəcək
-
Magazin114:11
Tanınmış aktyor 68 yaşını indiki və keçmiş arvadı ilə qeyd etdi - FOTO
-
Avropa13:16
Şolz: Ukrayna münaqişəsi bizi hələ uzun müddət narahat edəcək
-
Magazin111:50
Azərbaycanda tanınmış aparıcının pulunu belə ələ keçirmək istədilər - VİDEO
-
Magazin111:02
"Hansı kişi qadın paltarı geyinib səhnəyə çıxsa..." - Fərda
-
Magazin110:22
"Səs Azərbaycan"ın qalibi məlum oldu - FOTO
-
İdman09:31
"Qızıl top" uğrunda QIZĞIN MÜBARİZƏ: lider kimdir?
-
Magazin109:13
Mələkxanımın qızı bu telekanalda işə başladı - FOTO