Hadisə
Sərxoş halda avtomobil idarə edən şəxs həbs olundu
.jpg?v1679808727)
Yardımlı rayonu ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, saxlanıldıqdan sonra həmin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edən Yardımlı rayon sakini C.Ağayevin həmçinin sərxoş olduğu da müəyyən edilib.
Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Yardımlı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 gün müddətində inzibati qaydada həbs edilib.

-
ABŞ07:23
ABŞ banan ölkəsi səviyyəsinə enib - Tramp
-
Ekologiya07:00
Bu gün Bakıda hava necə olacaq?
-
Magazin206:40
Şakiradan ayrılan futbolçu: "Çox xoşbəxtəm"
-
Qoroskop00:07
Bürclər bu gün nə vəd edir? - Hər şey göründüyü kimi deyil!
-
Qarabağ 25 Mart 23:18
Səssiz əməliyyat: Ordumuz bu əraziləri azad etdi
-
Hadisə25 Mart 22:05
Ermənilər İsveç - Azərbaycan oyununda təxribatlara hazırlaşırlar
-
Region25 Mart 21:45
AEBA-nın rəhbəri: "Nüvə riskinin azaldılması üçün..."
-
İdman25 Mart 20:58
BOS-dan "Qarabağ” azarkeşlərinə BİLDİRİŞ