Arvadını öldürdü, özü isə sirkə turşusu içdi
Bizi izləyin

Hadisə

Arvadını öldürdü, özü isə sirkə turşusu içdi

Cəlilabadda 31 yaşlı qadın qətlə yetirilib, onu öldürməkdə şübhəli bilinən əri isə intihara cəhd edib.

DİN-in Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, fevralın 6-da saat 07 radələrində Cəlilabad rayonu Muğan kəndində 1992-ci il təvəllüdlü Günel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içib. O xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm