İtkin düşən 4 yeniyetmə görün haradan TAPILDI - FOTO
Bizi izləyin

Hadisə

İtkin düşən 4 yeniyetmə görün haradan TAPILDI - FOTO

Martın 19-dan Yevlax rayonunun Xaldan qəsəbəsində itkin düşdüyü bildirilən bir qrup yeniyetmə tapılıb.

Publika.az xəbər verir ki, onlar dostlarından birinin əmisi evində bayram yığıncağına gedib və orada gecələyiblər.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

xxx

17:55

Yevlaxda 4 yeniyetmə itkin düşüb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, mart ayının 19-da Yevlax rayonunun Ərəş kəndində yaşayan 4 yeniyetmə - 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu yaşadıqları evlərdən çıxıb və bir daha geri qayıtmayıblar.

“Şəkillərdəki şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin (022) 336 – 45 – 02 şəhər və (055) 537 – 87 – 97 mobil nömrələrinə zəng vurmaları xahiş olunur”, - məlumatda qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm