Hadisə
Mehriban Zəki və Dilarə Əliyeva özəl klinikaya təxliyə olundular - YENİLƏNDİ

Mehriban Zəki və Dilarə Əliyeva Bakıda özəl tibb müəssisələrindən birinə təxliyə olunublar.
Bu barədə Publika.az-a TƏBİB-dən məlumat verilib.
Belə ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən xalq artisti Mehriban Zəki və əməkdar artist Dilarə Əliyevaya müvafiq müayinələr təyin olunub, zəruri tibbi xidmətlər göstərilib.
Onların vəziyyətləri qiymətləndirildikdən sonra özlərinin və ailələrinin yazılı iltizamnaməsi əsasında reanimobil təcili və təxirəsalınmaz tibbi yardım avtomobilinin müşayiəti ilə Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunublar.
xxx
19:51
TƏBİB tanınmış rejissor Oqtay Əliyevin düşdüyü qəza ilə bağlı açıqlama yayıb.
Qurumdan Publika.az-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları dərhal əraziyə cəlb edilib.
Məlumata görə, Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.

-
Hadisə18:36
Teatrın avtobusunun qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO/YENİLƏNDİ
-
İdman18:19
"Qarabağ" "Neftçi"nin "ÜRƏYİNİ" APARIR: mövsümün ən səs-küylü keçidi
-
Qarabağ 17:14
Laçın postunda son vəziyyət: ermənilər yoldan necə keçir?
-
Nida Xəbər 16:01
İsrail Prezidentindən Azərbaycan dilində paylaşım - FOTO
-
Sosial15:33
Yeniyetmə qızlar və sosial şəbəkələr: QORXULU TƏSİR - ARAŞDIRMA
-
Nida Xəbər 15:13
Ermənistan ordusu sərhəddə aktivləşdi - VİDEO
-
Dünya14:38
36 milyardı götürüb ölkəni tərk etdilər
-
İdman14:08
Cazibədar voleybolçunun çörəyi idmandan yox, modellikdən çıxır - FOTOLAR