Hadisə
Aynurənin qətlinə qardaşı belə müdaxilə etməyibmiş... - VİDEO
.jpg?v1685454796)
Ötən il Gəncədə küçədə arvadını öldürən 38 yaşlı Rauf Vəliyevin məhkəməsi yekunlaşıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki , hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Rauf arvadı Aynurə Vəliyevanı uşaqları bağçadan götürdüyü zaman öldürüb.
Hadisə gündüz vaxtı küçədə baş verib. Belə ki, bir müddətdir arvadından ayrı yaşayan Rauf Aynurənin uşaqları bağçadan götürmə vaxtına əsasan küçədə onu tutub. Həmin vaxt hadisə yerində Aynurənin qardaşı və kiçik oğlu da olub.
R.Vəliyev arvadıyla şəxsi söhbət etmək bəhanəsi ilə onu bir qədər kənara çəkib və mobil telefonunu istəyib. Qadın telefonu verməyib və R.Vəliyev üstündə gətirdiyi bıçaqla onu vurmağa başlayıb.
Aynurə Vəliyeva iki bıçaq zərbəsindən sonra qaçmağı bacarsa da, Rauf arxadan ona çatıb. Saçından tutaraq yerə yıxıb və bıçaqlamağa davam edib. Bu zaman ətrafda olan sakinlər və qadının qardaşı hadisəyə müdaxilə etməyiblər.
Hökmə əsasən, R.Vəliyev 16 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən ilin yayında qeydə alınmışdı. Həmin vaxt qətlin videosu da sosial şəbəkələrdə yayılmışdı:

-
Qarabağ 17:14
Laçın postunda son vəziyyət: ermənilər yoldan necə keçir?
-
Nida Xəbər 16:01
İsrail Prezidentindən Azərbaycan dilində paylaşım - FOTO
-
Sosial15:33
Yeniyetmə qızlar və sosial şəbəkələr: QORXULU TƏSİR - ARAŞDIRMA
-
Nida Xəbər 15:13
Ermənistan ordusu sərhəddə aktivləşdi - VİDEO
-
Dünya14:38
36 milyardı götürüb ölkəni tərk etdilər
-
İdman14:08
Cazibədar voleybolçunun çörəyi idmandan yox, modellikdən çıxır - FOTOLAR
-
Magazin113:51
Leyla Quliyeva: "Ayağıpalçıqlı, amma xoşbəxt ola bilir insan" - Foto
-
Ekologiya13:09
Mayın sonuncu gününün hava proqnozu açıqlandı