Hadisə
Polis Bərdədə əməliyyat keçirdi - 11 nəfər saxlanıldı - FOTO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son iki həftə ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 11 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Publika.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakinləri əvvəllər məhkum olunmuşlar İlqar Orucov və Vüsal Məmmədov tutulublar.
Aparılan müvafiq baxış zamanı İ.Orucovdan 1 kiloqram 110 qram marixuana və V.Məmmədovdan isə külli miqdarda heroin aşkar edilərək götürülüb.
Bundan başqa son iki həftə ərzində keçirilən tədbirlərlə daha 9 nəfər də narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılıblar.
Bu əməliyyatlar zamanı isə 3 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Həmin şəxslərlə bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

-
Qarabağ 17:14
Laçın postunda son vəziyyət: ermənilər yoldan necə keçir?
-
Nida Xəbər 16:01
İsrail Prezidentindən Azərbaycan dilində paylaşım - FOTO
-
Sosial15:33
Yeniyetmə qızlar və sosial şəbəkələr: QORXULU TƏSİR - ARAŞDIRMA
-
Nida Xəbər 15:13
Ermənistan ordusu sərhəddə aktivləşdi - VİDEO
-
Dünya14:38
36 milyardı götürüb ölkəni tərk etdilər
-
İdman14:08
Cazibədar voleybolçunun çörəyi idmandan yox, modellikdən çıxır - FOTOLAR
-
Magazin113:51
Leyla Quliyeva: "Ayağıpalçıqlı, amma xoşbəxt ola bilir insan" - Foto
-
Ekologiya13:09
Mayın sonuncu gününün hava proqnozu açıqlandı