34 yaşlı qadın siçan dərmanından zəhərləndi
Bizi izləyin

Hadisə

34 yaşlı qadın siçan dərmanından zəhərləndi

Şəkidə 34 yaşlı qadın siçan dərmanından zəhərlənib.

Publika.az xəbər verir ki, hadisə rayonunun Çayqaraqoyunlu kəndində qeydə alınıb.

Kənd sakini Şəbnəm Kamal qızı Məmmədova kəskin zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı qadının siçan dərmanı içərək zəhərləndiyi məlum olub.

Hazırda Ş. Məmmədovanın vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. ("Qafqazinfo")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm