Yevlaxda 38 yaşlı kişini avtomobil vurdu
Bizi izləyin

Hadisə

Yevlaxda 38 yaşlı kişini avtomobil vurdu

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə az öncə Yevlax şəhərinin mərkəzi küçələrindən birində baş verib.

Belə ki, yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Səmədabad kənd sakini Həsənov Xəqani İsmayıl oğlunu maşın vuraraq ona çoxsaylı bədən xəsarətləri yetirib. O, dərhal xəstəxanaya çatdırılıb.

Əldə olunan ilkin məlumata görə, yaralının durumu orta ağır olaraq dəyərləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Ehtiram Muradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm