Hadisə
Faktiki hava: Rayonlarda leysan yağdı, iki çaydan sel keçdi
Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, Göygöl, Gədəbəy, Gəncə, Salyan, Qobustan, Şamaxı, Şəmkir, Ceyrançöl, Zaqatala, Şəki, Qax, Neftçalada şimşək çaxıb, leysan xarakterli yağış yağıb.
Publika.az xəbər verir ki, xidmət rəisi Nazim Mahmudov qeyd edib ki, yağan leysan yağış nəticəsində Qax rayonu ərazisindən axan Kürmükçaydan və Samux rayonu ərazisində axan Qabırrıçaydan sel keçir.
N.Mahmudovun sözlərinə görə, avqust ayı üçün sel hadisələrinin baş verməsi o qədər də səciyyəvi deyil. Son 10 ildə elə illər olub ki, avqust ayında sel qeydə alınmayıb, amma keçən il iki sel hadisəsi müşahidə olunub. Belə proseslər adətən daha çox aprel ayından iyun ayının sonunadək müşahidə edilir.
“Eyni zamanda, şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Ağdamda 26 m/s, Goranboyda 22 m/s, Tərtərdə 20 m/s, Altıağacda 16 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağışlı və küləkli hava şəratinin avqustun 5-i gündüzədək davam edəcəyi proqnozlaşdırılır”, - deyə N.Mahmudov əlavə edib.
-
Nəqliyyat08:12
Aeroporta gedənlərin NƏZƏRİNƏ - Bəzi qadağalar QÜVVƏYƏ MİNDİ
-
Magazin105:15
Natiq Şirinovun oğlu təcili əməliyyat olundu - FOTO
-
Hadisə04:14
21 yaşlı Fərid ağır qəzanın qurbanı oldu
-
Dünya03:13
İraqda qızlar üçün "razılıq yaşı" 9-a ENDİRİLİR
-
İdman01:21
“Səbinə, Oqtayla evlənərsən?” - Baş məşqçi stadionda evlilik təklif etdi / FOTO
-
Nəqliyyat00:45
Rayondan Bakıya gələnlərə YENİ XƏBƏR: şəhərə giriş belə olacaq - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Münasibətlər sürətlə pisləşəcək
-
Magazin19 Noyabr 22:36
Səidə Sultan tanınmaz halda - FOTO