Hadisə
Cəlilabadda orta əsrlərə aid qəbiristanlıq aşkarlandı - FOTO
Cəlilabad rayonunun Hacıismayıllı kəndi ərazisində tarixi qəbiristanlıq aşkar olunub.
Publika.az xəbər verir ki, orta əsrlər dövrünə aid qəbiristanlıq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Ərazidə müxtəlif ölçülərdə və formada olan məzar daşlarının üzərində bir-birindən fərqli simvollar, işarələr mövcuddur. Bəzi məzar daşlarının üzərində ərəb qrafikalı əlifba ilə yazılan yazılara da rast gəlinir.
Tarixi əhəmiyyəti nəzərə alınaraq ərazinin daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil edilməsi üçün lazımi tədbirlər görüləcəkdir.









-
MDB10:10Ukrayna Silahlı Qüvvələrinin baş komandanına qiyabi həbs cəzası kəsildi
-
MDB09:53Paşinyan gələn ay Rusiyaya üç dəfə səfər edəcək
-
Hadisə09:28Füzulidə dəhşətli qəza 3 nəfərin ölümünə səbəb oldu
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
















.jpg)



.png)










