Hadisə
Cəmil Məmmədli həbs edildi
Xaçmazda fəaliyyət göstərən jurnalist Cəmil Məmmədli həbs edilib.
Publika.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi qərar qəbul edib.
Bu gün keçirilən hazırlıq iclasında prokuror təqsirləndirilən şəxsin istintaqın gedişinə mane olduğunu, müxtəlif üsullarla zərərçəkmişlərə təsir etdiyini əsas gətirərək həbs edilməsinin zəruri olduğunu deyib.
Hakim Fəhmin Hümbətovun sədrlik etdiyi hakimlər heyəti vəsatəti əsaslı hesab edib.
Qərara əsasən C.Məmmədli barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib.
Qeyd edək ki, Cəmil Məmmədli bu ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib.
O, Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.
-
MDB10:10Ukrayna Silahlı Qüvvələrinin baş komandanına qiyabi həbs cəzası kəsildi
-
MDB09:53Paşinyan gələn ay Rusiyaya üç dəfə səfər edəcək
-
Hadisə09:28Füzulidə dəhşətli qəza 3 nəfərin ölümünə səbəb oldu
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
















.jpg)



.png)










