Hadisə
Sumqayıtda evdə partlayış oldu: Xəsarət alanlar var - FOTO/ VİDEO (YENİLƏNDİ)

22:34
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 47m² olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, təmir işləri aparılan zaman təhlükəsizlik qaydalarının pozulması nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində mənzilin bir otağının döşəməsi qismən yanıb, partlayış dalğasının təsirindən 1 otağın pəncərə çərçivəsi yerindən çıxıb, mənzilə ziyan dəyib. Hadisə zamanı mənzilin sahibi 1978-ci il təvəllüdlü Əliyev Vitalik Qalyeviç və 1982-ci il təvəllüdlü Səbinə Talıb qızı Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

-
Sosial02:42
Murad Rzayevə ağır itki
-
Magazin102:12
Hüseyn trenddəki müğənnilərə söz atdı - VİDEO
-
Gözəllik00:45
Şabalıdı manikür trend oldu - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: nəticə sizi sevindirəcək
-
Region28 Noyabr 23:24
Yüksəkvəzifəli azərbaycanlı məmurların 350 min dolları OĞURLANDI
-
Magazin228 Noyabr 22:24
"Camdakı Kız"ın Takosu görün kimlə görüntüləndi - FOTO
-
ABŞ28 Noyabr 22:12
ABŞ-ın UNO PLANI: "Xüsusi hərbi hissələr göndəriləcək"
-
Sosial28 Noyabr 20:50
Arvadından bir ay sonra da özü öldü