Maşınlar yolda, şagirdlər məktəbdə qaldı
Bizi izləyin

Hadisə

Maşınlar yolda, şagirdlər məktəbdə qaldı

Soyuq hava və qar Almaniyada bir çox sahələrə təsir edib. Bir çox rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranıb, buzlaşma nəticəsində çoxsaylı yol-nəqliyyat hadisələri baş verib, avtomobillər yolda qalıb.

Publika.az xəbər verir ki, ölkənin bir çox bölgələrində davam edən qar xüsusilə Hessen əyalətinin dağlıq hissələrində təsirli olub. Bundan əlavə 30 şagird məktəbdə qalıb. Yıxılan ağaclar səbəbindən avtomobillərdən xilas edilən 100 nəfər xəstəxanaya yerləşdirilib. Lakin orada da elektrik enerjisi kəsilib.

Reynland-Pfalts əyalətində iki avtomobilin toqquşması nəticəsində 54 yaşlı qadın ölüb, 69 yaşlı adam isə ağır yaralanıb. Bir çox ərazilərdə işıqlar gedib. Visbaden yanğınsöndürmə briqadasından verilən açıqlamaya görə, bölgədəki bir çox küçə və magistral yollar, Hessloch və Kloppenheim rayonlarında isə nəqliyyatın hərəkətinə bağlanıb.

Alman Meteorologiya Departamentdən (DWD) verilən açıqlamada, önümüzdəki günlərdə də qar yağacağı xəbərdarlığı edilib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm