Avtoxuliqanlıq edən şəxs saxlanıldı
Bizi izləyin

Hadisə

Avtoxuliqanlıq edən şəxs saxlanıldı

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Publika.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyinə görə "Opel" markalı avtomobilin sürücüsü C.Həsənov saxlanılaraq şöbəyə gətirilib. Yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib.

Sürücü barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm