Dəhşətli qəzada ölən gənc məşhur biznesmenin oğlu imiş - FOTO
Bizi izləyin

Hadisə

Dəhşətli qəzada ölən gənc məşhur biznesmenin oğlu imiş - FOTO

Sentyabrın 20-də saat 01 radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonu Padar kəndindən keçən hissəsində baş verən qəzada ölən gənc tanınmış biznesmenin oğludur.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə vaxtı Mingəçevir sakini Rəsul Novruzovun idarə etdiyi “Mercedes C Class” markalı avtomobil yol kənarında dayanan yük avtomobilinə çırpılıb. Nəticədə sükan arxasında yuxulayan 22 yaşlı R. Novruzov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Bildirilir ki, Rəsul Novruzov Mingəçevirdə tanınmış biznesmen Mübariz Novruzovun oğludur. Birinci Qarabağ Müharibəsi veteranı və ehtiyatda olan zabit olan M. Novruzov Mingəçevirdə restorana, restoran-gəmiyə, bir neçə qayığa və s. ticarət obyektlərinə sahibdir.

Faciəli şəkildə ölən Rəsulun atası ilə fotosunu təqdim edirik.

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm