Bütün ölkə bu ayını axtarır: İki kişini, 35 iti parçalayıb
Bizi izləyin

Hadisə

Bütün ölkə bu ayını axtarır: İki kişini, 35 iti parçalayıb

Bir gün əvvəl Rusiyan;n Primorye vilayətində, Luçeqorsk yaxınlığındakı bağ evində iki kişini öldürən ayı yerli sığınacaqda 35 iti parçalayıb.

Publika.az xəbər verir ki, bu barədə “Friend” sığınacağının direktoru Olqa Zamışlyayeva “RİA Novosti”yə müsahibəsində bildirib.

“Sığınacaq meşə zolağında yerləşir. Dünən gecə bir ayı içəri girdi və təxminən 35 iti öldürdü. Təhlükəsizliyimiz yoxdur”, -o qeyd edib.

O, heç kimin zərər görmədiyini açıqlayıb. Sığınacağın yanında mühafizəçilərin daim növbətçi olduğu müəssisə var.

“Mash” Telegram kanalının əlavə etdiyi kimi, bundan sonra ayı kənd məktəbinin yaxınlığında yaralanıb. İlkin məlumatlara görə, heyvan silahla vurulub, qaça bilib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm