Sumqayıtda mebel sexi yandı
Bizi izləyin

Hadisə

Sumqayıtda mebel sexi yandı

Sumqayıt şəhərində mebel sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 300 m² olan mebel sexinin içərisində 70 m² sahəyə yığılan taxta materialları və 4 ədəd qapı çərçivəsi yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm