Məşhur aparıcı bıçaqlı hücumda öldürüldü - FOTO
Bizi izləyin

Hadisə

Məşhur aparıcı bıçaqlı hücumda öldürüldü - FOTO

İllərdir yayımlanan dizayn proqramının ulduzu Eduardo Xol bıçaqlı hücumdan sonra dünyasını dəyişib.

Publika.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Palm Springs şəhərində yaşayan 58 yaşlı Eduardo Xola sentyabrın 10-da bıçaqlı hücum olub.

Xəstəxanaya yerləşdirilən Xolun dünyasını dəyişdiyi açıqlanıb. Xolun bıçaqlanmasında şübhəli bilinən 34 yaşlı Riçard Cozef Qonzales adam öldürməyə cəhdə görə həbs edilib.

Xol təxminən 8 il yayımlanan "Extreme Makeover: Home Edition" adlı verilişin ulduzu olub. Müğənni və aktyor kimi də fəaliyyət göstərən Xol bir çox prodüserlərlə işləyib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm