Korrupsiyada ittiham olunan hakim intihar etdi- FOTO
Bizi izləyin

Hadisə

Korrupsiyada ittiham olunan hakim intihar etdi- FOTO

ABŞ mediası hakimin intihar hadisəsindən yazır. Korrupsiyada ittiham olunan Stüart Rozenvasser onu həbs etməyə gələn FTB agentləri ilə atışmaya girib. O, silahlı münaqişə zamanı özünə qəsd edib.

Publika.az xəbər verir ki, atışma Rozenvasserin 63 min dollar rüşvət almaqda ittiham olunmasından bir gün sonra baş verib. İttihama görə, Rozenvasser və milyonçu iş adamı Moutz Sudan birlikdə planlar qurublar.

Plana görə, Sudanın bacısı və qardaşı oğulları həbs ediləcəkdi. Bundan Sudanın qohumları xəbər tutub və polisə şikayət ediblər. Polis araşdırmaya başlayıb. Aşadırma əsasında onların mesajları üzə çıxıb.

İstintaq intensivləşdikcə, Rozenvasser işdən istefa verib. Şübhəli kimi tanına hakim özünü güllələyərək öldürüb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm