Hadisə
Azyaşlı uşağa işgəncə verən atalığı həbs edildi
Bakıda azyaşlı uşağa işgəncə verən şəxs həbs edilib.
Publika.az xəbr verir ki, hadisə Türkan qəsəbəsində baş verib.
Xəzər rayonu Türkan qəsəbəsindən yaşayan bir qadın polisə şikayət edərək tanışı Rəşad adlı şəxsin gecə saatlarında onun 6 yaşlı oğlunu yuxudan oyadaraq heç bir səbəb göstərmədən işgəncə verdiyini və müxtəlif bədən xəsarətləri yetirdiyini bildirib.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində azyaşlıya qarşı zorakılıq hərəkətləri edən 1987-ci il təvəllüdlü Rəşad İsmayılov saxlanılıb.
Faktla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə maddəsi ilə cinayət işi başlanılıb.
R.İsmayılov qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə ona ittiham elan olub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçililib.
İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
-
Region08:00
Narin Güranın qətlində gizlənən sirr - Əmi göstəriş verib, baldız təşkil edib
-
Sosial07:17
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
-
Cənubi Qafqaz06:16
Siyasi intriqaların YENİ QURBANI: Paşinyana təşəkkür edib 25 gün sonra İSTEFA VERDİ
-
Nəqliyyat05:45
Pik saatlarda metroda eskalatorlar niyə işə salınmır? - RƏSMİ AÇIQLAMA
-
Magazin103:43
Bikini geyinsin deyə xanımına ada aldı - VİDEO
-
Dünya02:42
6,3 bal gücündə zəlzələ bu ölkəni YERİNDƏN OYNATDI
-
İdman02:00
"Qarabağ" "Tottenhem"ə məğlub oldu - YENİLƏNDİ
-
Cənubi Qafqaz01:41
"Konstitusiya dəyişikliklərinin zəruri olacağı vəziyyətlə üzləşəcəyik" - Paşinyan ELAN ETDİ