Yuxuda gəzən qız meşədə bu halda tapıldı
Bizi izləyin

Hadisə

Yuxuda gəzən qız meşədə bu halda tapıldı

ABŞ-ın Luiziana ştatında yuxusuzluq səbəbi ilə evdən çıxan 10 yaşlı qız meşədə sağ tapılıb.

Publika.az xəbər verir ki, bu barədə "Louisiana Radio Network" məlumat yayıb.

Payton Saintignanın valideynləri sonuncu dəfə onu yatmağa hazırlaşarkən görüblər. Onun itkin düşdüyünü ancaq səhər biliblər.

Payton evdən iki kilometrdən çox məsafədəki müşahidə kameralarında görünüb. Qız pijamada olub. Yüzlərlə könüllü itkin düşən uşağı axtarmaq üçün polis, yanğınsöndürənlər və şerif ofisləri ilə birlikdə çalışıb. O, bir gün sonra dron tərəfindən yatılı formada tapılıb.

Qız üstündən pilotsuz təyyarələrin və vertolyotların uçduğunu, eləcə də yaxınlıqda bəzi insanların gəzdiyini eşitdiyini, lakin onların yanına çıxmaqdan qorxduğunu bildirib. Paytonun heç bir xəsarət almadığı, sadəcə ac olduğu qeyd edilir. O, artıq ailəsinə qovuşub.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm