Hadisə
Sumqayıtda yataqxanada yanğın baş verdi
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 15-ci məhəllə, R.Qəhrəmanov küçəsində yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, məlumatla əlaqədar olaraq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 8 m² olan mətbəxin yanar konstruksiyaları yanıb. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb, yataqxana binası yanğından mühafizə olunub.
-
Sosial23:15
Arıq və qısaboy çağırışçıların NƏZƏRİNƏ: bu halda...
-
ABŞ23:03
Tramp uduzsa, görün nələr olacaq...
-
Sosial20:48
Bu yağın satışı hər yerdə QADAĞAN EDİLDİ - İnanılmaz zərərləri ortaya çıxdı
-
Yaxın Şərq18:12
Nəsrullahla birgə öldürülən "Hizbullah" liderlərinin adları AÇIQLANDI
-
Sosial17:20
Əjdər İsmayılov vəfat etdi
-
Sağlamlıq16:50
Siqaretdən daha təhlükəli 5 qida
-
Ekopublika.az15:10
İş adamının sərvəti bir gündə 17 milyard dollar ARTDI
-
Köşə14:40
Xocalı alındı... Sən getdin