Çox sayda insanın zəhərlənməsinə səbəb olan dönərxananın GÖRÜNTÜLƏRİ
Bizi izləyin

Hadisə

Çox sayda insanın zəhərlənməsinə səbəb olan dönərxananın GÖRÜNTÜLƏRİ

Tovuz rayonunda kütləvi zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.

Belə ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə 21 nəfər dönərdən zəhərlənmə şübhəsi ilə müraciət edib.

Müraciət edənlər arasında 2 və 3 yaşlı uşaqlar da var. Zəhərlənənlərin sözlərinə görə, hadisə Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "Köz dönər" adlı iaşə obyektində baş verib:

"Axşam saat 8 radələrində toyuq dönəri yedik. Bir neçə saat sonra vəziyyətimiz ağırlaşdı, ürəkbulanma başladı və təcili tibbi yardıma müraciət etdik".

Məlumata görə, aidiyyəti qurumlar tərəfindən həmin obyektin fəaliyyəti dayandırılıb.

Ətraflı "Xəzər xəbər"in süjetində:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm