Bakıda qaçırıldığı bildirilən 16 yaşlı qız ailəsinə təhvil verildi
Bizi izləyin

Hadisə

Bakıda qaçırıldığı bildirilən 16 yaşlı qız ailəsinə təhvil verildi

Bakıda qaçırıldığı bildirilən yeniyetmə qız artıq valideynlərinə təhvil verilib.

Publika.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Lənkəran regional qrupundan məlumat verilib.

Həmçinin qurumdan bildirilib ki, yaşayış yeri üzrə polis əməkdaşları tərəfindən məsələ ilə bağlı nəzarət tədbirləri həyata keçiriləcək.

XXX

Bakıda məktəbli qız qaçırılıb.

Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində danışılıb.

Qaçırılan 16 yaşlı yeniyetmə Cəlilabada gətirilib.

Qızın sözlərinə görə, qaçması üçün valideynlərinin razılığı olub:

"Anamın əmisi oğludur, oğlan özü qaçırıb, hazırda Bakıya işləməyə gedib. Məktəbdən çıxmaq mənim qərarımdır. Burada sevgilimin anası və atası ilə birgə yaşayıram. Valideynlərim də məlumatlıdırlar",- deyə o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm