Neftçalada DƏHŞƏT: ev sahibi diri-diri yanaraq öldü
Bizi izləyin

Hadisə

Neftçalada DƏHŞƏT: ev sahibi diri-diri yanaraq öldü

Neftçalada yanan ev söndürüldükdən sonra kişi meyiti aşkarlanıb.

Publika.az "Report"a istinadla xəbər verir ki, hadisə bu gün gecə saatlarında Bankə qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbədə fərdi yaşayış evlərin birində yanğın başlayıb. Hadisə yerinə cəlb olunan FHN-in Neftçala Yanğından Mühafizə Hissəsi tərəfindən yanğın söndürülüb və digər tikililərə keçməsinin qarşısı alınıb.

Evə baxış zamanı yanmış kişi meyiti aşkarlanıb. Meyit müayinə olunması üçün məhkəmə tibbi-ekspertizaya göndərilib.

Hazırda meyitin şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm