Hadisə
Su pulu çox gəldiyi üçün infarkt keçirdi - Təzminat tələb olunur
İtaliyada yaşayan 88 yaşlı Katerina Giovinazzo su pulunu ödəmək üçün bankına avtomatik ödəniş tapşırığı verib. Bank hesabından təxminən 8300 avro çıxarıldığını görən yaşlı qadın infarkt keçirib.
Publika.az xəbər verir ki, Giovinazzo 40 günlük reanimasiyadan sonra dünyasını dəyişib. Daha sonra isə fakturanın səhv tərtib edildiyi üzə çıxıb.
İtaliyanın Sanremo şəhərində baş verən hadisə İtaliyada çaşqınlıq yaradıb. Yaşlı qadının çox məhdud istehlakına baxmayaraq, ondan 17 min 855 avro məbləğində su pulu tələb olunub. Bank hesabında 8 min 300 avro olduğu üçün şirkət su fakturasının 8 min 300 avrosunu çıxarıb və qalan 9 min 555 avro üçün bildiriş göndərib.

Sözügedən hadisədən sonra səlahiyyətlilər tərəfindən aparılan araşdırmada yaşlı qadının iki aylıq su istehlakının 62 avroya yaxın olduğu ortaya çıxıb. Su şirkəti hadisədə günahkar olduqlarını və səhv hesab çıxardıqlarını bildirərək, peşman olduqlarını qeyd ediblər.
88 yaşında dünyasını dəyişən Giovinazzonun ailəsi bu səhvə görə su şirkətinin məsuliyyət daşıdığı üçün böyük təzminat iddiası qaldırmağa hazırlaşır.
Aysel Şahmar
-
Magazin200:30"Kurtlar Vadisi"nin aktyorları 22 il sonra eyni serialda - FOTO
-
Magazin200:15Serdar Ortaç səhnədə yıxıldı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kainat sizə iki mesaj göndərir
-
Hadisə24 Yanvar 23:36Qusarda 22 yaşlı gənc faciəli şəkildə həyatını itirdi - TƏFƏRRÜAT
-
İdman24 Yanvar 23:24“Başında şiş var idi, görüb pis oldum”
-
Magazin124 Yanvar 22:487 kiloqram arıqlayıb belə oldu - FOTO
-
ABŞ24 Yanvar 22:12“Tarixi fəlakət” xəbərdarlığı vaşinqtonluları QORXUYA SALDI - Supermarketlər boşaldılır
-
Magazin124 Yanvar 21:36Dubaydan ev alıb, ora köçür

































