Hadisə
Bakıda yaşayış binasının tavanı ÇÖKDÜ: "Qorxumuz hələ də canımızdadır" - VİDEO
8 Noyabr prospektində 86 saylı binanın səkkiz nömrəli mənzilinin tavanı çökərək yerə dağılıb.
Publika.az xəbər verir ki, xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Ev sahibi Kamran Əliyevin sözlərinə görə, oktyabrın 7-də binanın tavanında çökmə baş verib.
O, bununla əlaqədar müvafiq orqanlara müraciət etsə də, heç bir nümayəndə binaya baxış keçirməyib:
"Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, yaşadığımız tikili qəzalı binaların siyahısına salınıb. Hadisə baş verən zaman yoldaşım, oğlum, mən işdə olmuşuq. Evdə gəlinimlə iki azyaşlı nəvəm var idi. Onlar evdən çıxandan iki dəqiqə sonra mənzilin tavanı çöküb".
Hadisə ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, əməkdaşlar binaya baxış keçirdikdən sonra lazımi tədbirlər görüləcək.
Ətraflı "Baku" TV-nin süjetində:
-
Nida Xəbər 06:30Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
-
Magazin106:16“Necə sevirdim, Allah, şəhid olan atamı…” - VİDEO
-
Nəqliyyat05:45Ağsu dolaylarında hərəkət çətinləşdi - FOTO
-
Rəsmi xronika03:43"Azərbaycan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir" - Prezident
-
Hadisə03:40Ağsuda zəlzələ oldu
-
İqtisadi gündəm02:12Qızılın qiyməti bütün tarixi REKORDLARI QIRDI
-
Magazin201:11"Kuruluş Osman"ın aktrisası yeni serialda - FOTO
-
Sağlamlıq00:30Ac olanda niyə əsəbiləşirik? - Alimlər yeni səbəbi AÇIQLDI



































