Hadisə
Üç qardaş evdə ölü tapıldı: Otaqdakı farsca qeydlər, yanmış kömürlər...
Antalyada kirayə qaldıqları evdə 3 qardaşın ölümü ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
Publika.az xəbər verir ki, qardaşların ölü tapıldığı otaqda 9 səhifəlik farsca qeyd və kömürlər diqqət çəkib.
Gözəloba məhəlləsindəki yaşayış binasının sakinləri 8-ci mərtəbədəki mənzildən qoxu gəldiyini hiss edən kimi 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər. Bundan sonra əraziyə təcili tibbi yardım, polis və xilasetmə qrupları cəlb edilib.

İlkin məlumata görə, qardaşların İran vətəndaşları olduğu müəyyən edilib. İranda borcu olduğu deyilən və bir müddət əvvəl Antalyaya işləmək üçün gələn qardaşların sonuncu dəfə oktyabrın 28-də İrandakı ailələri ilə telefonla danışdıqları bildirilib.

Araşdırma zamanı yaşayış yerinin qapı-pəncərələrinin yapışqan lentlə bağlandığı və otağın ortasındakı boşqabda yanmış kömürlərin olduğu məlum olub. Bundan başqa, fars dilində yazılan 9 vərəqlik qeyddə münaqişənin yaşandığı aşkarlanıb. Məlum olub ki, şəxslərin kommersiya münasibətlərinə görə borcları olub və iş üzrə məhkəmə istintaqı davam edir.
Aysel Şahmar
-
Magazin203:44"Friends" serialının aktyoru vəfat etdi
-
Qoroskop01:40Günün ulduz falı: Xoş etiraflar gözlənilir
-
İdman24 Dekabr 22:56Vernidubun “Neftçi”yə gətirmək istədiyi futbolçunun adı açıqlandı - FOTO
-
Nida Xəbər 24 Dekabr 22:26Prezidentin ad günündən ailə FOTOSU
-
İdman24 Dekabr 21:23"Fənərbağça" prezidenti saxlanıldı
-
Rəsmi xronika24 Dekabr 20:25Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
-
İdman24 Dekabr 19:55“Neftçi”nin sabiq baş məşqçisi qumar oynadığını etiraf etdi
-
Rəsmi xronika24 Dekabr 19:00İlham Əliyev Ağdamda açılışda iştirak etdi - FOTO/YENİLƏNDİ












.jpg)













