Hadisə
Amerika təyyarəsi Avropada qəzaya uğradı: Ad günü hədiyyəsi ölüm gətirdi
Ad günü hədiyyəsi üç Sloveniya vətəndaşı üçün ölümcül olub. Sərnişinlərdən birinə "Cessna Skyhawk" zövq təyyarəsində uçmaq üçün sertifikat verilib. Lakin “gəzinti” zamanı nasazlıq yaranıb və təyyarə futbol meydançasının yaxınlığında qəzaya uğrayıb.
Publika.az bu barədə "Daily Mail"ə istinadən xəbər verir.
Sloveniya polisi və fövqəladə hallar xidməti idman təyyarəsinin qəzaya uğradığı yerə gəlib.
Murska Sobota polisi bildirib ki, "Maribor Aero Club"a məxsus "Cessna Skyhawk" təyyarəsi Prekmurje bölgəsində panoramik uçuş həyata keçirərkən nasazlıq yaranıb.
Təyyarə dörd sərnişin daşımaq üçün nəzərdə tutulmuşdu, lakin nədənsə bir nəfər uçmayıb. Polis hadisənin səbəblərini araşdırır, lakin pis hava şəraiti faciənin əsas versiyası hesab olunur. Təyyarə həmin an qatı dumanın olduğu Maribor-Lendava marşrutu ilə uçmalı idi.
Hər üç sərnişin, o cümlədən Beltinci bölgəsindən olan 30 yaşlarında bir kişi və Ştiriyadan olan bir qadın ölüb.
Bildirilir ki, uçuş, qurbanlardan birinə ad günü hədiyyəsi olub. Maribor Aviasiya Mərkəzinin nümayəndəsi Vili Kolar bunun onların təyyarəsi olduğunu təsdiqləyib. Təyyarə Mariborun nəzarət zonasından kənarda olduğu üçün hava nəqliyyatı idarəsi insident barədə məlumat verə bilməyib.
Qeyd edək ki, "Cessna 172 Skyhawk", ilk dəfə 1955-ci ildə uçan Amerikanın dörd yerlik tək mühərrikli təyyarəsidir. Dayanıqlılığı və populyarlığına görə "Cessna 172" tarixin ən uğurlu təyyarəsi hesab olunur və hələ də istehsaldadır.
Adəm Abbaslı
-
Magazin106:46Nanə görünüşü ilə bağlı tənqidlərə belə cavab verdi
-
İKT05:452026-cı ildə dünyanı real TƏHLÜKƏ gözləyir - Süni intellektlə bağlı XƏBƏRDARLIQ
-
Magazin203:18Afra Kənanla öpüşmə səhnələrini rədd etdi
-
İdman02:25Qurban Qurbanov: Bu məğlubiyyətin böyük faydası olacaq!
-
Qoroskop02:19Günün ulduz falı: Yeni iş təklifi alacaqsız
-
İdman02:02"Qarabağ"ın pley-offdakı potensial rəqibləri müəyyənləşdi
-
İdman01:51"Liverpul" "Qarabağ"a qalib gəldi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 01:40Əhəd Abıyevə AĞIR İTKİ









.jpg)






.jpg)



.jpg)



.jpg)





.jpg)



