Hadisə
Azərbaycanda dəhşətli qəza törədən məmura görün hansı cəza verildi
Ötən ilin 30 sentyabr tarixində Saatlı rayonu ərazisində “Vaz 2106” markalı avtomobillə ağır yol qəzası törətmiş 1984-cü il təvəllüdlü M. Əliyevə hökm oxunub.
Publika.az-ın əldə etdiyi məlumata görə, nazirliklərdən birinin regional idarəsində məsləhətçi-müfəttiş vəzifəsində çalışan şəxsə 6 il həbs cəzası təyin edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, məhkəmə zalında həbs edilib. Bundan başqa, M. Əliyevin sürücülük hüququ da əlavə olaraq 4 il müddətinə məhdudlaşdırılıb.
Bildirilib ki, M. Əliyev hadisə baş verən gün sərxoş halda avtomobili təhlükəli idarə edib. Saatlı-Sarıcalar-Səmədkənd avtomobil yolunun Qıraqlı kəndindən keçən 2-ci km-də onun sürdüyü avtomobil manevr edərək Musavir adlı şəxsin sürdüyü “VAZ 2107”yə çırpılıb. Nəticədə digər avtomobildə olan 1987-ci il təvəllüdlü Xalıq Ağayev ölüb, həyat yoldaşı və övladları isə xəsarət alıb.
Hadisədən sonra məmur qəzanın baş verdiyi yerdən qaçıb.
O, məhkəmədə dövlət qulluqçusu olduğunu, hadisədə günahının olmadığını deyərək bəraət istəyib.
X. Ağayevin həyat yoldaşı isə ağır qəzaya səbəb olan M. Əliyevi bağışlamadıqlarını deyib.
Qeyd edək ki, hadisədən sonra M. Əliyev nazirliyin regional idarəsində tutduğu vəzifədən azad edilib.
Turqut Seyidov
-
İdman03:18Messi karyerasını bitirdikdən sonra burada yaşayacaq: Bekhem sirri açdı
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya7 Dekabr 17:40Meteohəssas insanların nəzərinə!































.jpg)




