Hadisə
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi
Bakıda qadınları təqib edərək onlara qarşı xuliqanlıq hərəkətləri etmiş şəxsin kimliyi müəyyənləşib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin həyata keçirdiyi tədbirlərlə qadınları təqib edərək onların narahatlığına səbəb olmuş şəxsin Astara rayonu Hamuşam kənd sakini 2001-ci il təvəllüdlü Vurğun Seyfullazadə olması müəyyən edilib.
Binə qəsəbəsi Südçülük sovxozu massivində yaşayan iki qadın Vurğunun əməlləri barədə polisə şikayət ediblər. Onlar qeyd ediblər ki, Vurğun yaxınlaşaraq əxlaqsız sözlər deyir və evlərinin qapısına kimi gələrək xuliqanlıq edir.
Polis tərəfindən saxlanılan gənc isə Südçülük sovxozu ərazisində məhəlləyə nəzarət etdiyini, təhlükəsizliyə cavabdeh olduğunu iddia edib və qadınları da buna görə izlədiyini deyib.
Xəzər rayon Məhkəməsinin qərarı ilə o, xırda xuliqanlıq əməlində təqsirli bilinib. 23 yaşlı oğlana 10 sutkalıq həbs cəzası verilib.
Turqut Seyidov
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki







































