Hadisə
Azərbaycanda bu sayt rəhbərləri həbs edildi
Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədəsi ilə onların pul vəsaitlərini hədə-qorxu ilə ələ keçirən bir neçə sayt rəhbəri polis əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az xəbər verir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) daxil olan çoxsaylı şikayətlər əsasında "Aztvnews.az" saytının baş direktoru Seymur Məmmədov, "Qaynar-xett.az" saytının baş direktoru Zaur Əhmədov, "Postbaku.net" xəbər saytının baş direktoru Eldəniz Mejdunov, "Aja.az" saytının baş direktoru Elvin Qurbanov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərin barələrində işgüzar nüfuzlarına təsir göstərən videoreportaj hazırlayıb mediada yaymaqla hədələyib müxtəlif məbləğlərdə pul vəsaitləri tələb ediblər.
Faktla bağlı BMCMİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq madddələri ilə başlanan cinayət işi üzrə əvvəllər məhkum olunan S.Məmmədova 32, Z.Əhmədova 24. E.Mejdunova 7, əvvəllər məhkum olunan E.Qurbanova 10 fakt üzrə ittiham elan edilməklə barələrində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanan cinayət işi aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
-
ABŞ02:4411 sentyabr terror aktının pərdəarxası: MKİ 71 məxfi sənədi yayımladı
-
Qoroskop01:40Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI







.jpg)


.jpg)





.jpg)








.jpg)




.png)




