Hadisə
Tərtərdə 13 yaşlı iki qız evdən qaçdı, gecə oğlanlarla görüşərək... - ŞOK TƏFƏRRÜAT
Evdən qaçmış 13 yaşlı qızla intim münasibətdə olan 18 yaşlı Məcid Quliyev (şərti soyadlı) cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin 23 iyun tarixində Tərtər şəhəri Vəzir Orucov küçəsində istifadə edilməyən binada baş verib.
Həmin gün Tərtər şəhər 3 saylı tam orta məktəbdə təhsil alan 13 yaşlı iki qız şagird evdən qaçıb. Onlar “TikTok” sosial şəbəkəsində tanış olduqları Elnur və Məcid adlı oğlanlarla birgə istifadə edilməyən binaya gedərək gecəni orada qalıblar. Burada olduqları zaman qızlardan biri Məcidlə, digəri Elnurla ayrı-ayrı otaqlarda qalıb. Həmin vaxt Məcid yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olub.
Növbəti gün şəhər ərazisində parkda olarkən polis əməkdaşları onları şöbəyə aparıb. Məlum olub ki, yeniyetmələrin ailələri qızların itkin düşməsi barədə polisə xəbər verib. Burada izahatlar alınarkən qızlardan V. Cəfərova Məcid adlı oğlanla gecə intim münasibətdə olduğunu deyib.
Məcid barəsində Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.
Tərtər rayon Məhkəməsinin 27.11.2-24-cü il tarixli hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, lakin cəza sınaq müddəti təyin edilməklə şərti hesab olunub.
Turqut Seyidov
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi
-
Sağlamlıq14:42Saçlarının yarısı daraqda qaldı: Xərçəngin fəsadını belə göstərdi - VİDEO
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi



















.png)
















