Hadisə
Azərbaycanda 24 yaşlı oğlan toyda insanların gözü qarşısında öldürüldü - TƏFƏRRÜAT
İyunun 10-da 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlunun bıçaqlanaraq öldürülməsinin təfərrüatı məlum olub.
Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə Yevlaxdakı “Aytən” şadlıq sarayında qonaqların gözü qarşısında baş verib.
2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlu toyda oynayan E.Abışova qəfil yaxınlaşaraq bıçaqla ona zərbə endirib. Ağır xəsarət alan Elmir vəfat edib.
Araşdırmalar zamanı məlum olub ki, hadisənin baş verdiyi gün Tahirin əmisi oğlunun toyu olub. Toyda onların qonşusu Elmir də iştirak edib. Tahir əvvəllər Elmirin bacısı ilə sevgi münasibətinin olmasından şübhələnib və sərxoş halda bıçaqla ona hücum edib. O, Elmirin diqqətinin toyda oynayan şəxslərə yönəlməsindən istifadə edərək qəfil yaxınlaşaraq zərbə endirib.
Həmçinin məlum olub ki, 2021-ci ildə də Tahir Abdullayev Elmirin qoluna bıçaqla xəsarət yetiribmiş. Lakin həmin vaxt 17 yaşlı Tahir barəsində cinayət işi açılmayıb və o, məsuliyyətdən kənar qalıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq zəmnində adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 221.3-cü (Xuliqanlıq) maddəsi ilə iş açılıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Tahir Abdullayev 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Turqut Seyidov
-
ABŞ04:30ABŞ İranda quru əməliyyatını müzakirə edib - Son qərar nə oldu?
-
Qoroskop02:19Günün ulduz falı: daxili səsinizin sizə yol göstərməsinə icazə verin!
-
Hadisə01:40Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
-
Magazin112 İyun 23:35Zeynəb Xanlarova: Şəklə ərə getdim, görüşmədim - Video
-
Hadisə12 İyun 21:51Naxçıvana uçan təyyarələr Bakıya qayıtdı
-
İdman12 İyun 21:3911 klub “Turan Tovuz”la bağlı CAS-a müraciət etdi
-
İKT12 İyun 18:40Feysbuk və İnstaqram çökdü - Yeniləndi
-
Nəqliyyat12 İyun 17:031 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
























.jpg)









