Hadisə
161 nəfər suda boğulmaqdan xilas edilib
2024-cü ildə dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 71 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 90 nəfər olmaqla, cəmi 161 nəfər xilas edilib, nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 52 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Publika.az xəbər verir ki, bu sözləri fövqəladə hallar naziri Kəmaləddin Heydərov nazirliyin yaradılmasının 19-cu ildönümü münasibətilə bu gün keçirilən iclasında çıxışı zamanı söyləyib.
K.Heydərov bildirib ki, nazirliyin aidiyyəti qurumlarının 662 nəfər şəxsi heyəti, habelə 117 ədəd nəqliyyat vasitəsi, 3 qayıq, 85 motopompa cəlb olunmaqla, oktyabr ayında intensiv yağışlarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib, ümumilikdə 542 nəfər təhlükəsiz əraziyə təxliyə edilib, 2 nəfərin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































