Motosiklet kanala düşdü: ölən var
Bizi izləyin

Hadisə

Motosiklet kanala düşdü: ölən var

Neftçala rayonunda motosiklet kanala düşüb, ölən var.

Publika.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sarıqışlaq kəndində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq yolun kənarındakı kanala düşüb.

Qəza nəticəsində kənd sakini, 1962-ci il təvəllüdlü Məzahim Səttar oğlu Hüseynov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm