Hadisə
Bakıda nişanlısı ilə görüşə gedən idmançını xalası oğlu öldürdü - FOTO
Bu ilin 13 yanvar tarixində saat 22 radələrində paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində 29 yaşlı Etibar Fətəliyevi bıçaqlayaraq öldürən xalası oğlu 31 yaşlı Yusif İsmayılova hökm oxunub.
Publika.az-ın əldə etdiyi məlumata görə, fitnes üzrə peşəkar məşqçi olan Etibarı "pub"da öldürən xalası oğlunun hadisə vaxtı sərxoş olması üzə çıxıb.
Araşdırmalar zamanı məlum olub ki, Etibar Bakıda ali təhsil alarkən xalasıgildə Yusiflə birgə qalıb və münasibətləri yaxşı olub. Hadisə günü o, “Lilo” restoranında xalası oğlu ilə birgə yeyib-içib. Sonra onlara Yusifin bibisi oğlu da qoşulub və birgə restorandan çıxaraq Səbail rayonu, Salyan şosesi 15 ünvanında yerləşən “Arada Beer” "pub"a gediblər. Burada onlar birgə yenidən spirtli içki qəbul ediblər. Etibar daha sonra masadan duraraq nişanlısı ilə görüşə gedəcəyini deyib. Yusif isə Etibarın onları qoyub getməsi ilə razılaşmayıb və münaqişə yaranıb. Bu zaman Etibarın fiziki cəhətdən daha güclü olmasını görən Yusif sərxoş halda bıçaq götürərək ona zərbə endirib. Ağır xəsarət alan gənc xəstəxanaya çatdırılsa da, vəfat edib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Yusif İsmayılovu Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi üzrə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilib. O, 17 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Taleh
-
Rəsmi xronika17:23
Putin İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika16:51
İlham Əliyev fərman imzaladı
-
Magazin116:24
Emin Ağalarovun əkizlərinin gələcək arzusu... - VİDEO
-
Dünya15:27
Əsədə Moskvada zülm edilir? - Kremldən CAVAB
-
Sosial15:06
“Lukoil”dən ŞOK ETİRAF: Benzinə su qarışıb
-
Region14:06
Türk dövlətlərinin ortaq xəritəsi hazırlanır - BELƏ OLACAQ
-
Sosial13:48
Xanım jurnalistə vəzifə verildi - FOTO
-
ABŞ12:46
ABŞ-dan Türkiyəyə qarşı təxribat: Görün PKK-ya nə göndərdilər