Hadisə
Baş nazirə qarşı fırıldaqçılıq: məşhur "lider" zəng edərək deyib ki...
Telefon fırıldaqları bütün dünyada sürətlə yayılır, hətta hökumət rəhbərlərini hədəf alır. Tailandın Baş naziri Paetonqtarn Şinavatra adı açıqlanmayan tanınmış əcnəbi liderin səsini təqlid edən süni intellektlə dəstəklənən zəng aldığını açıqlayıb.
Publika.az xəbər verir ki, Baş nazir fırıldaqçıların süni intellektlə məşhur xarici liderin səsini təqlid etdiyini bildirib.
O, səsin çox aydın olduğunu söyləyib: “Ona görə də dərhal tanıdım. Əvvəlcə səs yazısı göndərdilər ki, "necəsən?" Daha sonra fırıldaqçılar “ASEAN ölkələri arasında ianə verməyən yeganə sizsiniz” deyərək pul tələb etdi. Bunun artıq qurma olduğunu bildim”.
Səsi təqlid edilən liderin kim olduğu barədə məlumat verilməyib.
Cənub-Şərqi Asiya fırıldaqçılıq şəbəkələri ilə tez-tez gündəmdədir. Bildirilir ki, son illərdə bölgədəki cinayətkar təşkilatlar süni intellekt və digər texnoloji inkişaflardan istifadə edərək qlobal miqyasda milyardlarla dollar dəyərində fırıldaqçılıq fəaliyyətləri həyata keçirir.
Aysel Şahmar
-
MDB12:20Erməni əsilli senator axtarışa verildi
-
Magazin212:15Kino aləmi şokda:Məşhur amerikalı aktyoru evində öldürdülər
-
Hadisə11:50"Azərişıq"ın əməkdaşı iş başında öldü
-
Hadisə11:20Ölkəyə fotoaparat və telefonda qızıl külçələr keçirmək istədilər - FOTO
-
İdman10:53Messini Hindistanda on minlərlə insan belə qarşıladı - VİDEO
-
Ekologiya10:40Qaxa qar yağdı
-
MDB10:11Rusiya ərazisi vuruldu, ölənlər var
-
Sosial08:15Yas mərasimlərində yeni TREND - "Bu, dinin qaydalarından kənara çıxmaqdır"

































