Hadisə
Bir ailədən 14 nəfər ölmüşdü... - Ərdoğan onları tək qoymadı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oteldəki yanğında həyatını itirənlərin dəfn mərasimində iştirak etmək üçün Boluya gedib.
Publika.az xəbər verir ki, Ərdoğan əvvəlcə həyatını itirənlərdən Gültəkin ailəsinin evinə gedərək başsağlığı verib. Daha sonra Gültəkin ailəsinin cənazə namazında iştirak etmək üçün məscidə gedib.
Ərdoğan cənazə namazından sonra açıqlama verib: “Millətimizə səbr diləyirəm. Allah vəfat edənlərə rəhmət etsin. Ümid edirəm ki, şəhidlər sinfində onların hamısının ruhu şaddır. Mehmet bəylə uzun illər ailəlikcə qardaşlığımız olub. İnşallah Rəbbim bizi öz cənnətində bir araya gətirər. Ürəyimiz, canımız ağrıyır. Ailələrə, millətimizə səbr diləyirəm”.

Qeyd edək ki, yanğın zamanı Türk Hava Yollarının əməkdaşı Zehra Səna Gültəkin və onun ailə üzvləri - əri, 3 uşağı və 9 qohumu həlak olub.
Xatırladaq ki, yanvarın 21-nə keçən gecə Türkiyənin Bolu vilayətində Kartalkaya xizək kurortunda yerləşən oteldə güclü yanğın baş verib. Binanın dağda yerləşməsi yanğınsöndürənlərin işini çətinləşdirib. İlkin məlumatlara görə, orada həyəcan siqnalı işləmədiyindən qonaqların son dəqiqəyə qədər yanğından xəbəri olmayıb, sonra isə artıq oradan çıxa bilməyiblər.
Yanğın nəticəsində ölənlərin sayı 76-ya çatıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faciə ilə bağlı matəm elan edib.
Aysel Şahmar
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı












.webp)



















.jpg)

