Hadisə
Xırdalanda yaşayış binasında YANĞIN belə söndürüldü - FOTO/VİDEO/YENİLƏNDİ

Xəbər verildiyi kimi, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Publika.az FHN-ə istinadən xəbər verir ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onüçmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 35kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 10 nəfər bina sakini təxliyə edilib.
Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Publika.az-a bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.



-
Avropa10:30
Zelenski vəd verib, yerinə yetirsin! - Poroşenko şok detalı açıqladı
-
Region10:12
İstanbulda təxribat təhlükəsi: metro və yollar bağlandı - Nə baş verir?
-
Region09:54
Türkiyədə hökuməti devirmək istəyirmişlər: İsmayıl Saymaz da saxlanıldı
-
Dünya09:18
Saxlanılan İmamoğludan ilk açıqlama: Onun həbsini kim sifariş edib? - VİDEO
-
MDB09:12
Daha bir generala qarşı cinayət təqibi başladı: Nədə ittiham olunur?
-
Nida Xəbər 08:43
Ordumuzun mövqeləri yenidən atəşə tutuldu
-
Avropa07:47
Putin-Tramp danışıqlarından sonra Ukrayna PUA hücumlarına məruz qaldı
-
Sosial02:12
Azərbaycanda vəzifəli şəxs rüşvətə görə vəhşicəsinə döyülüb? - İDDİA