Hadisə
Ağstafada güclü yanğın: çoxlu sayda ev quşu tələf oldu

Ağstafada cücə sexində yanğın olub, çoxlu sayda ev quşu tələf olub.
Publika.az xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində yerləşən 1976-cı il təvəllüdlü İlqar Əzizova məxsus cücə sexində qeydə alınıb.
Ümumi sahəsi 400 kvadratmetr olan sexin 300 kvadratmetr sahəsi yanıb.
Nəticədə içərisində olan xeyli sayda 3 günlük cücələr və digər ev quşaları tələf olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.
Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır. ""Report")

-
Magazin207:35
80 milyonluq sərvəti vardı, övladlarına bir qəpik də miras qoymadı
-
Magazin205:45
Çağatay 22 il öncəki halını paylaşdı - FOTO
-
Nəqliyyat03:35
Bakı metrosu sərnişinlərə niyə “Ah İstanbul” musiqisini dinlədir? - AÇIQLAMA
-
Sağlamlıq02:43
Tanınmış "cərrah" 100-ə yaxın xəstəsini şikəst qoyub
-
Qoroskop00:15
Günün qoroskopu: İşdə yeni imkanlar və təkliflər sizi sevindirəcək
-
Dünya14 Mart 23:45
Bu məsələ dostları qarşı-qarşıya qoyur - Hakan Fidan
-
Magazin114 Mart 23:00
Qadınlar alimentə görə boşanır deyənlər... - Aytən Səfərovadan sərt sözlər
-
İdman14 Mart 22:46
Palmerin sevgilisi ilk dəfə danışdı: Gözü üzərimdə idi – Fotolar