Azərbaycanda qayınata gəlinə QUMBARA ATDI
Bizi izləyin

Hadisə

Azərbaycanda qayınata gəlinə QUMBARA ATDI

Goranboyda 38 yaşlı qadın ailə münaqişəsi zəminində yaralanıb.

Publika.az xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Vəfa Aslanova ailə münaqişəsi zəminində çox saylı qəlpə yarası alıb və xəstəxanaya yerləşdirilib.

Yaxınlarının dediyinə görə, qadının qayınatası 1957-ci il təvəllüdlü Zakir Namazov qadının yaşadığı evin önünə qumbara atıb. Nəticədə qadın qəlpə xəsarətləri alıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır. ("Report")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm