Hadisə
Bakıda binada yanğın: sakinlər təxliyə edildi - VİDEO

Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən texniki otaqda elektrik kabellərində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 12 kv.m. olan texniki otağın içərisinə yığılmış əşyalar, 6 ədəd elektrik sayğacı və 5p.m. elektrik kabeli yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Yaşayış binasında yerləşən mənzillər yanğından mühafizə olunub.

-
Rəsmi xronika11:30
Prezident fərman imzaladı
-
Sosial11:20
İki aydır qərar verilib: İş saatları nə vaxt dəyişdiriləcək?
-
Müsahibə10:20
Azərbaycanı tanımaq üçün gəldi, kürəkənimiz oldu: Bələdçilikdən dostluğa, dostluqdan sevgiyə - FOTOLAR
-
Hadisə09:10
Qəbələdə yaşayış binasında YANĞIN: sakinlər təxliyə edildi
-
Magazin207:35
80 milyonluq sərvəti vardı, övladlarına bir qəpik də miras qoymadı
-
Magazin205:45
Çağatay 22 il öncəki halını paylaşdı - FOTO
-
Nəqliyyat03:35
Bakı metrosu sərnişinlərə niyə “Ah İstanbul” musiqisini dinlədir? - AÇIQLAMA
-
Sağlamlıq02:43
Tanınmış "cərrah" 100-ə yaxın xəstəsini şikəst qoyub